Sizə Təklif Edə Biləcəyimiz Xidmətlər

Şirkətimiz, aşağıda sıralanan xidmətlərə uyğun planlar təklif edir:

Audit xidməti
Audit xidməti

Şirkətimizin fəaliyyət sahələrindən biri də Audit Xidmətləridir. Komandamızın Audit sahəsində yüksək təcrübəyə sahib üzvləri şirkətinizin maliyyə hesabatlılığını Beynəlxalq Audit Standartlarına uyğun formada aparılması üçün gərəkli dəstəyi verəcəkdir.

Ardını oxu

Biznes xidmətləri
Biznes xidmətləri

Peşəkar komandamızla biznesinizin ən vacib amillərindən olan satış, marketinq, effektiv bazar strategiyası və idarəetmə ilə bağlı sahələrdə xidmətinizdəyik. Biznesinizin effektivliyinin artırılmasını, davamlılığının qorunmasını birbaşa bu xidmətlərdən istifadə etməklə əldə edə bilərsiniz.

Ardını oxu

Broker xidməti
Broker xidməti

Şirkətinizin fəaliyyəti məhsulun idxalı və ya ixracından ibarətdirsə, təkif etdiyimiz Broker xidmətindən yararlanmaqla, gömrük işlərinizi peşəkarlara həvalə etmiş olacaqsınız. Bu xidmətdən istifadə etməklə, aparılan idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirməklə yanaşı, müvafiq gömrük xərclərinin hesablanması, elektron gömrük bəyannaməsinin hazırlanması kimi işinizi sürətləndirəcək və bilavasitə zamanınıza qənaət etmiş olacaqsınız.

Ardını oxu

Hüquq Xidmətləri
Hüquq Xidmətləri

Professional hüquqi dəstək verən komandamızın köməkliyi ilə şirkətiniz artıq risklərdən və məhkəmə çəkişmələrindən azad ola bilər. Sahəni komandamıza etibar etməklə, daha keyfiyyətli xidmət alaraq biznesinizin inkişafı üçün önəmli olan digər sahələrə fokuslanmağa fürsət tapacaqsınız.

Ardını oxu

Kadr sisteminin qurulması
Kadr sisteminin qurulması

Hər bir şirkətin böyüməsində, rəqiblərindən daha sürətlə yüksəlməsində və o cümlədən bazarda xüsusi imicə sahib olmasında şirkət kadrlarının rolu danılmazdır. İnvestAudit komandası olaraq təcrübəmizi sizinlə bölüşüb, bu sahədə sizə dəstək olmağa hər zaman hazırıq.

Ardını oxu

Qiymətləndirmə Xidməti
Qiymətləndirmə Xidməti

Biznesin qiymətləndirilməsinin əsas məqsədi şirkətinizin maliyyə resurslarının optimallaşdırılmasına yol açmaqdır. Həmçinin əsas və dövriyyə vəsaitlərin qiymətləndirilməsi şirkətin bazar dəyərinin artırılmasına və brendləşməsinə əlavə stimul verir.

Ardını oxu

Maliyyə xidmətləri
Maliyyə xidmətləri

Şirkətimizin maliyyə sahəsində tam ixtisaslaşmış komandası tərəfindən aparılan maliyyə xidmətləri ilə biznesinizə böyük töhfə vermiş olacaqsınız. Nəzərə alsaq ki maliyyə məsələlərində verilən qərarlar digər qərarlardan çox dəqiq olmalıdır, o zaman güclü yerli və beynəlxalq təcrübəyə sahib komanda ilə işləmək daha məqsədəuyğun olar.

Ardını oxu

Vergi Məsləhətləri
Vergi Məsləhətləri

Peşəkar mütəxəssislərimiz sayəsində şirkətiniz vergi, vergi öhdəlikləri, hüquqi xidmətlər haqqında geniş məlumat ala və faydalana bilər. Komandamızın göstərdiyi xidmət sayəsində  şirkətiniz vergi, eləcə də bununla bağlı hüquqi problemlərini daha asan və tez bir zamanda həll etmiş olacaq.

Ardını oxu