Maliyyə xidmətləri

Şirkətimizin maliyyə sahəsində tam ixtisaslaşmış komandası tərəfindən aparılan maliyyə xidmətləri ilə biznesinizə böyük töhfə vermiş olacaqsınız. Nəzərə alsaq ki maliyyə məsələlərində verilən qərarlar digər qərarlardan çox dəqiq olmalıdır, o zaman güclü yerli və beynəlxalq təcrübəyə sahib komanda ilə işləmək daha məqsədəuyğun olar.  Biznesin “sütunu” sayılan maliyyə üçün şirkətimizin bir çox xidmətləri mövcuddur.

Maliyyə xidmətlərimizə aşağıdakılar daxildir:

  • Maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğun tərtib edilməsi
  • İllik maliyyə hesabatının hazırlanması
  • Maliyyə fəaliyyətinin analitikası
  • Maliyyə axışına nəzarət
  • Mənfəət və zərərin müəyyənləşdirilməsi
  • Maliyyə modelinin qurulması
  • Biznes planın hazırlanması, hazır biznes planın analizi