Elnur Osmanlı 20 illik biznes təcrübəsinə Azərbaycanda və ölkə xaricində yiyələnmişdir. “Atabank”, “AirGroup”, “KHATT”, “Ottoman” kimi nüfuz sahibi olan şirkətlərdə biznesin təşkili və idarəolunması, marketinq strategiyasının hazırlanması və tətbiqi, müştəri əlaqələrinin idarəolunması işlərini uğurla icra etmişdir. Rusiya, Çexiya, Almaniya, İtaliyada keçirilən biznes seminarlarında iştirak etmişdir. İnvestAudit şirkətinin direktorudur.