Bankların təşəkkülü və inkişafı

Bank fəaliyyəti öz başlanğıcını Qədim Babilistandan götürüb, o zaman məbədlər girov və ya yazılı öhdəlik məktubları müqabilində müştərilərə faizlə ssuda verirdilər. Analoji əməliyyatlar, eləcə də pul ödənişləri Qədim Yunanıstanda kahinlər, məbədlər və pul “dəyişdiriciləri” tərəfindən, Qədim Romada isə mensariyalar tərəfindən həyata keçirilirdi. Roma imperiyasının süqutu ilə bank sənətkarlığı da süquta uğradı.

Orta əsrlərdə istehsalın və ticarətin inkişafı bank işlərinin də intibahına gətirib çıxardı. 1171-ci ildə Venesiya bankı təsis olundu, XIV-XV əsrlərdə isə bankirlər çox qüvvətli ictimai gücə çevrildilər. Bir çox Avropa ölkələrində banklar ticarətin inkişafı sayəsində təşəkkül tapdılar.

Sonrakı dövrlərdə bank işi daha intensiv inkişaf yolu tutur və təkmilləşməyə başlayır. Bank əməliyyatlarında pulları tədricən borc öhdəlikləri sıxışdırıb aradan çıxarmağa başlayır. Həmin öhdəliklərdən, adlı veksellərdən banknotlar yaranır, çeklərin tətbiq dairəsi genişlənir, nağdsız hesablaşmalar təcrübəsi genişlənirdi ki, bu da bankların inkişafına təkan verirdi. Kredit verilməsi əhəmiyyətli şəkildə şəxsi bankir-sələmçilərin əlində cəmləşmişdi.

Bank biznesinin aktivləşməsində və bank işinin təkmilləşdirilməsində kapitalist istehsalının inkişafı güclü bir təkan rolu oynadı. Məlum olduğu kimi, klassik kapitalizmin vətəni İngiltərə hesab olunur, o səbəbdən bank işinin müasir anlamda əsasları və prinsipləri məhz, həmin ölkədə meydana gəlib. Kommersiya kreditləşdirməsini həyata keçirən ilk iri səhmdar bank İngiltərə bankı oldu, onun ardınca isə digər banklar yarandı.

İlk növbədə banknotların verilməsi, öz vəsaitlərindən kreditlərin ayrılması, bu gün bizə “depozit” adı altında məlum olan müştəri depoziti şəklində qoyulan əmanətlər hesabına kreditləşdirməyə əsaslanan fəaliyyətlər, bank əməliyyatlarının inkişafında keyfiyyətcə yeni bir mərhələ açmış oldu. Ödəmə və kreditləşdirmədə vasitəçilik prioritet təşkil etməyə başladı. Passiv əməliyyatlar sürətlə inkişaf edir – əhalidən, sahibkardan, tacirlərdən yığımlar, sərbəst vəsaitlərin cəlb olunması, ilk növbədə mənfəət əldə etmək məqsədi ilə fəal əməliyyatların genişləndirilməsini və əsasən “pul ticarətini” (mənfəətli yerləşdirməni) müəyyən edir.

Bankların öz kapitalı fəal əməliyyatlar mənbəyi kimi ilkin funksiyasını itirir və müştərilərin depozitlərini və bank təşkilatının ödəmə qabiliyyətini təmin edən əsas kimi xidmət edir.

Bu funksiyaların inkişafı ilə banklar da xüsusi kapitalist müəssisələri kimi inkişaf etməyə başlayır. XVII əsrdə səhmdar cəmiyyət formasında olan banklar meydana gəlir, XIX əsrin sonlarından isə inkişaf etmiş kapitalist ölkələrində səhmdar banklar aparıcı mövqeyə sahiblənirlər. Sənayedə istehsalın cəmləşməsi təsiri altında bankların təmərküzləşməsi güclənirdi. Bu, iri bankların intensiv inkişafı, digər banklarla birləşməsi, eləcə də zəif bankların güclü banklar tərəfindən udulması yolları ilə baş verirdi. XX əsrin başlanğıcında əksər kapitalist ölkələrində kredit sistemində bir neçə nəhəng bank aparıcı mövqeyə malik idilər, hansıların ki yüzlərlə filialları (şöbələri) var idi və sənaye monopoliyaları ilə sıx əlaqədə idilər. Elə indi də özündə də inkişaf etmiş bazar münasibətlərinə malik ölkələrdə  bankların cəmləşməsi çox yüksəkdir.


Oxşar Xəbərlər