Bankların təşəkkülü və inkişafı

Bank fəaliyyəti öz başlanğıcını Qədim Babilistandan götürüb, o zaman məbədlər girov və ya yazılı öhdəlik məktubları müqabilində müştərilərə faizlə ssuda verirdilər. Analoji əməliyyatlar, eləcə də pul ödənişləri Qədim Yunanıstanda kahinlər, məbədlər və pul “dəyişdiriciləri” tərəfindən, Qədim Romada isə mensariyalar tərəfindən həyata keçirilirdi. Roma imperiyasının süqutu ilə bank sənətkarlığı da süquta uğradı. Orta əsrlərdə istehsalın və […]