Elnarə Əhmədova uzunmüddətli iqtisadi təcrübəyə sahibdir. 20 illik karyerası ərzində “Şahdağ Turizm Mərkəzi”, “Sinerji Medical”, “Holiday İnn Baku”, “Hilton Hotel”, “Rixos Quba”, “Şərədil Şamaxı” və s. xüsusi imic və çəkiyə sahib olan şirkətlərdə çalışmışdır. Müxtəlif vaxtlarda bu təşkilatların auditini həyata keçirmiş, biznesin effektivliyini analiz etmiş və vəziyyətdən çıxış yollarını təklif edərək idarəetmədə bilavasitə iştirak etmişdir. Avropada “GAAP” və “Uniform System of Accounts” kurslarını bitirmişdir.

 

Şirkətdə öhdəliklərinə aşağıdakılar daxildir:

 

  • Hotel və restoran işinin analizi
  • Komandanın təşkili və komanda üzvlərinin təkmilləşdirilməsi
  • Effektivliyinin dəyərləndirilməsi
  • Effektiv gəlir-xərc nisbətinin qurulması
  • Hotel və restoran idarəedilməsi üçün müvafiq qayda və prosedurların hazırlanması
  • Məhsul və xidmətlərin maya dəyərlərinin analizi
  • Satış və maliyyə arasında koordinasiyanın təşkili
  • Maliyyə axışına nəzarət
  • Satınalma və anbar əməliyyatlarına nəzarət