Karyerası boyu yüzlərcə şirkətlərin auditini həyata keçirmiş müstəqil ekspertlərimizdən biri olan Kamal Məmmədov Azərbaycanda səhəsinin ən peşakarlarından biridir.

 

Həmkarımız “Lukoyl-Azərbaycan” ASC, “Azəryolservis”, “Azəristiliktəchizat” ASC, “Space” Teleradioşirkəti, “Şahdağ” Qış-yay Turizm Kompleksi, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Bakı Telefon Rabitə İstehsalat Birliyi”, “Dövlət Radiotezliklər İdarəsi” , “Təmiz Şəhər” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Medeks” Hospital, “LOR” klinikası, “Caspian” Hospital, “Bakı Fond Birjası”, “AzTV” və s. kimi müəssisələrdə audit yoxlamalarına rəhbərlik etmişdir və layihələri uğurla başa vurmuşdur.

 

 

Şirkətdə öhdəliklərinə aşağıdakılar daxildir:

 

  • Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama
  • Ekspertiza və təhlillərin aparılması və yazılı rəylərin verilməsi
  • Milli və beynəlxalq maliyyə-uçot standartlarına uyğun maliyyə hesabatlarının auditi
  • Daxili audit xidmətləri
  • Maliyyə hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək
  • Şirkətin debitor və kreditor borclarının analizi və təhlili
  • Maliyyə xərclərinin optimallığının araşdırılması
  • Mühasibatlığın və vergi hesabatlılığının auditi