Sizə Təklif Edə Biləcəyimiz Xidmətlər
Şirkətimiz, aşağıda sıralanan xidmətlərə uyğun planlar təklif edir:
Audit xidməti
Şirkətimizin fəaliyyət sahələrindən biri də Audit Xidmətləridir. Komandamızın Audit sahəsində yüksək təcrübəyə sahib üzvləri şirkətinizin maliyyə hesabatlılığını Beynəlxalq Audit Standartlarına uyğun formada aparılması üçün gərəkli dəstəyi verəcəkdir.
Biznes xidmətləri
Peşəkar komandamızla biznesinizin ən vacib amillərindən olan satış, marketinq, effektiv bazar strategiyası və idarəetmə ilə bağlı sahələrdə xidmətinizdəyik. Biznesinizin effektivliyinin artırılmasını, davamlılığının qorunmasını birbaşa bu xidmətlərdən istifadə etməklə əldə edə bilərsiniz.
Broker xidməti
Şirkətinizin fəaliyyəti məhsulun idxalı və ya ixracından ibarətdirsə, təkif etdiyimiz Broker xidmətindən yararlanmaqla, gömrük işlərinizi peşəkarlara həvalə etmiş olacaqsınız. Bu xidmətdən istifadə etməklə, aparılan idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirməklə yanaşı, müvafiq gömrük xərclərinin hesablanması, elektron gömrük bəyannaməsinin hazırlanması kimi işinizi sürətləndirəcək və bilavasitə zamanınıza qənaət etmiş olacaqsınız.
Hüquq Xidmətləri
Professional hüquqi dəstək verən komandamızın köməkliyi ilə şirkətiniz artıq risklərdən və məhkəmə çəkişmələrindən azad ola bilər. Sahəni komandamıza etibar etməklə, daha keyfiyyətli xidmət alaraq biznesinizin inkişafı üçün önəmli olan digər sahələrə fokuslanmağa fürsət tapacaqsınız.
Kadr sisteminin qurulması
Hər bir şirkətin böyüməsində, rəqiblərindən daha sürətlə yüksəlməsində və o cümlədən bazarda xüsusi imicə sahib olmasında şirkət kadrlarının rolu danılmazdır. İnvestAudit komandası olaraq təcrübəmizi sizinlə bölüşüb, bu sahədə sizə dəstək olmağa hər zaman hazırıq.
Qiymətləndirmə Xidməti
Biznesin qiymətləndirilməsinin əsas məqsədi şirkətinizin maliyyə resurslarının optimallaşdırılmasına yol açmaqdır. Həmçinin əsas və dövriyyə vəsaitlərin qiymətləndirilməsi şirkətin bazar dəyərinin artırılmasına və brendləşməsinə əlavə stimul verir.
Maliyyə xidmətləri
Şirkətimizin maliyyə sahəsində tam ixtisaslaşmış komandası tərəfindən aparılan maliyyə xidmətləri ilə biznesinizə böyük töhfə vermiş olacaqsınız. Nəzərə alsaq ki maliyyə məsələlərində verilən qərarlar digər qərarlardan çox dəqiq olmalıdır, o zaman güclü yerli və beynəlxalq təcrübəyə sahib komanda ilə işləmək daha məqsədəuyğun olar.
Vergi Məsləhətləri
Peşəkar mütəxəssislərimiz sayəsində şirkətiniz vergi, vergi öhdəlikləri, hüquqi xidmətlər haqqında geniş məlumat ala və faydalana bilər. Komandamızın göstərdiyi xidmət sayəsində şirkətiniz vergi, eləcə də bununla bağlı hüquqi problemlərini daha asan və tez bir zamanda həll etmiş olacaq.