Broker xidməti
Şirkətinizin fəaliyyəti məhsulun idxalı və ya ixracından ibarətdirsə, təkif etdiyimiz Broker xidmətindən yararlanmaqla, gömrük işlərinizi peşəkarlara həvalə etmiş olacaqsınız.
Bu xidmətdən istifadə etməklə, aparılan idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirməklə yanaşı, müvafiq gömrük xərclərinin hesablanması, elektron gömrük bəyannaməsinin hazırlanması kimi işinizi sürətləndirəcək və bilavasitə zamanınıza qənaət etmiş olacaqsınız.
Broker xidmətlərimizə aşağıdakılar daxildir:
- Gömrük ödənişləri ilə iş
- Gömrük bəyannamələrinin tərtibatı
- Gömrük sənədlərinin dövriyyəsinin təşkili
- Gömrük orqanlarında yarana biləcək problemlərin həlli
- Mal-müşayiət sənədlərinin rəsmiləşdirilməsi
- İdxal və ixrac əməliyyatlarının hüquqi təminatının təşkili