Hüquq Xidmətləri

Professional hüquqi dəstək verən komandamızın köməkliyi ilə şirkətiniz artıq risklərdən və məhkəmə çəkişmələrindən azad ola bilər. Sahəni komandamıza etibar etməklə, daha keyfiyyətli xidmət alaraq biznesinizin inkişafı üçün önəmli olan digər sahələrə fokuslanmağa fürsət tapacaqsınız.

Hüquq xidmətlərimizə aşağıdakılar daxildir:

Hüquqi şəxslər üçün xidmətlər:

  • Daşınmaz əmlak üzrə hüquqların və onunla bağlı sövdələşmələrin rəsmiləşdirilməsi və qeydiyyatı
  • İcarə Müqavilələrinin tərtibatı və dövlət qeydiyyatının rəsmiləşdirilməsi
  • Tikinti fəaliyyətinin hüquqi müşayiəti
  • Qeyri-kommersiya təşkilatlarına hüquqi yardım
  • Lisenziyalaşdırma
  • Təşkilatlatın fəaliyyətində gündəlik hüquqi dəstəyin göstərilməsi
  • Mülki və İqtisadi mübahisələrin həlli yollarının təklif edilməsi
  • Əqli mülkiyyət sahəsində hüquqi xidmətlərin göstərilməsi
  • Müxtəlif təşkilati-hüquqi formalara şirkətlərin yaradılması, yenidən təşkili və ləğv edilməsi
  • Mülki-hüquqi müqavilələrin hazırlanması, mövcud müqavilələrə hüquqi rəylərin verilməsi

Fiziki şəxslər üçün xidmətlər:

  • Daşınmaz əmlak üzrə hüquqların və onunla bağlı sövdələşmələrin rəsmiləşdirilməsi və qeydiyyatı
  • Torpaq sahələri üzrə hüquqların rəsmiləşdirilməsi (yenidən rəsmiləşdirilməsi)
  • Yaşayış yerlərinin özəlləşdirməsi
  • Tikintiyə icazələrin alınması və layihə sənədləşməsinin razılaşdırılması
  • Torpaq mübahisələrində hüquqi dəstəyin göstərilməsi
  • Daşınmaz əmlakla bağlı sövdələşmələrin hüquq müşayiəti
  • Müxtəlif məzmunlu müqavilələrin tərtib edilməsi
  • Vərəsəliyə daxil olan zaman hüquqi dəstək
  • Məhkəmədə mülki işlərin aparılması ilə bağlı məsləhətlərin verilməsi