Azərbaycanın ən aparıcı marketinq ekspertlərindən biri olan Əli Bədəlov İnvestAudit şirkətinin müstəqil ekspertlərindən biridir. Əli Bədəlov Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft akademiyası və ABŞ-ın Corciya Dövlət Universitetinin birgə MBA proqramının, Almaniya Menecment Akademiyasının ixtisasartırma proqramının Biznesin İdarəedilməsi üzrə məzunudur. İş fəaliyyətinə 2006-cı ildə “Bank of Baku”-da başlamış həmkarımız, daha sonra “Bank Respublika”, “Dəmirbank”, “Paşabank”, “Auto Azərbaycan”, “Kontakt Home”, “SOCAR” və “İrşad Electronics” kimi müəssilərdə marketinq üzrə aparıcı vəzifələrdə çalışmışdır. Bir çox yerli və xarici təlimlərdə iştirak etməklə bərabər, lokal bazarda marketinq mütəxəssislərinin yetişdirilməsi üçün müvafiq akademiya təsis etmiş və onlarla kadr yetişdirmişdir.

 

 

Şirkətdə öhdəliklərinə aşağıdakılar daxildir:

 

  • Şirkətin inkişaf strategiyasının hazırlanması
  • Marketinq strategiyasının hazırlanması
  • Satış komandasının yaradılması
  • CRM müştəri əlaqələrinin idarəolunması və DATA analitika
  • Çarpaz satışın təşkili və idarəolunması
  • Müştərilərin düzgün izlənilməsi və davamlı satış alətlərinin tətbiqi
  • PR strategiyasının hazırlanması və tətbiqi